AZ

Çin aviaşirkətləri bu il 700 milyon sərnişin həddini keçib

Müəllif: Tamara Mustafayeva, Banco.az

Çində hava nəqliyyatının 2024-cü ildə 700 milyon sərnişin həddini keçərək rekord qırdığı bildirilir.

Banco.az xəbər verir ki, Çin Mülki Aviasiya Administrasiyasının (CAAC) məlumatına görə, dekabrın 15-nə ölkədə hava yolu ilə səyahət edən sərnişinlərin sayı 700 milyon 480 min nəfərə çatıb.

Bununla da hava sərnişin daşımaları ilk dəfə olaraq 700 milyonluq həddi keçməklə bu vaxta qədərki ən yüksək həddinə çatıb.

Qeyd edilir ki, 700 milyon sərnişinin 640 milyonu daxili, 60 milyonu isə beynəlxalq reyslərlə səyahət edib. Ötən illə müqayisədə ölkədaxili xətlərlə səyahət edən sərnişinlərin sayı 14 faiz, beynəlxalq xətlərdə gedən sərnişinlərin sayı isə 130 faiz artıb.

Uçuşlarda orta doluluq nisbəti 83 faizi keçməklə yanaşı, bu nisbət Kovid-19 pandemiyasının yayılmasından (2019) əvvəlki səviyyəsinə çatıb.

Ən sərfəli kredit üçün müraciət et

Seçilən
16
banco.az

1Mənbələr