Məsələyə politoloq Əhəd Məmmədli Demokrat.az-a açıqlamasında aydınlıq gətirib.
O bildirib ki, Türkiyə Suriya məsələsində maraqlı olan qüvvələrlə əlaqə saxlayır:
“Onlara həm də mesaj verir ki, Türkiyə buradadır, yəni Suriyadakı yeni reallıqlarla barışmalısınız. Türkiyə deyir ki, yeni hakimiyyəti qəbul etməlisiniz. Türkiyə Suriyanın ərazi bütövlüyünün qorunmasına çalışır.
Türkiyə xarici qüvvələrə Suriyanı qarışdırmağa imkan vermək istəmir. Fransanın Suriyadakı səfirliyini yenidən açması da Türkiyənin uğurdur. Artıq digər maraqlı qüvvələr Türkiyənin dəstəyi ilə Suriyada qurulan yeni siyasi quruluşu tanıyır. Türkiyə bunun üçün çalışır və bu yöndə addımlar atır”.
Törə Zeynallı
Demokrat.az
1phrase_var_article.sources