AZ

Azərbaycanda bu qurum ləğv edildi (SƏRƏNCAM)

Cənub Qaz Dəhlizi ilə əlaqədar yaradılan Dövlət Komissiyası ləğv edilib.

Qaynarinfo xəbər verir ki, Prezident İlham Əliyev bununla bağlı Sərəncam imzalayıb.

Sərəncama əsasən, Cənub Qaz Dəhlizinin fəaliyyətini təmin etmək məqsədi ilə "Şahdəniz” qaz-kondensat yatağının tammiqyaslı işlənilməsi, Cənubi Qafqaz Boru Kəmərinin (SCP) genişləndirilməsi, Trans-Anadolu Boru Kəməri (TANAP) və Trans-Adriatik Boru Kəməri (TAP) layihələrinin həyata keçirilməsi üzrə yaradılan Dövlət Komissiyası ləğv edilib.

Bununla əlaqədar "Şahdəniz” qaz-kondensat yatağının istismarının ikinci mərhələsi və Cənub Qaz Dəhlizinin yaradılmasına dair digər layihələrlə bağlı bəzi tədbirlər haqqında” sərəncamda müvafiq dəyişikliklər edilib.

Başqa sözlə, Dövlət Komissiyası artıq təyin etdiyi nümayəndələr vasitəsi ilə SOCAR-a məxsus olan "Cənub Qaz Dəhlizi” Qapalı Səhmdar Cəmiyyətinin Müşahidə Şurasında təmsil olunmayacaq.

phrase_var_article.chosen
46
40
qaynarinfo.az

10phrase_var_article.sources