AZ

"Bu iki maddə də Ermənistan tərəfindən qəbul oluna bilər" - Prezident Əliyev

Azərbaycan Prezidenti İlham Əliyev Ermənistanla sülh sazişi sənədində 17 maddədən 15-nin razılaşdırıldığını bildirib.

Bunu Azərbaycan Prezidenti “Rossiya Seqodnya" Beynəlxalq İnformasiya Agentliyinin Baş direktoru Dmitri Kiselyova müsahibəsində deyib.

O qeyd edib ki, sülh sazişi və Ermənistanın eyni vaxtda Azərbaycana qarşı silahlandırılması iki fərqli kursdur:

“Biz əslində sülh sazişi üzrə böyük irəliləyiş əldə etmişik. Bu sənədin 17 maddəsinin 15-i razılaşdırılıb, ikisi qalıb. Kazanda Ermənistanın baş naziri ilə sonuncu görüşüm zamanı eşitdiyim və hiss etdiyim o oldu ki, razılaşdırılmamış bu iki maddə də Ermənistan tərəfindən qəbul oluna bilər, mən bizim şərtlərimizi nəzərdə tuturam”.

Dövlət başçısı vurğulayıb ki, şərtlərdən biri bir-birinə qarşı beynəlxalq iddialardan kənarda durmaqdır.

“Zənnimcə, bu, qarşılıqlı şəkildə qəbul olunan maddədir. Bu yaxınlarda biz vurulmuş zərərin təhlilini başa çatdırdıq, həm də bunu ətraflı etdik. Biz buna 4 il vaxt sərf etdik və orada hər şey sənədlərlə qeyd olunub. Bu, təqribən 150 milyard dollardan çoxdur, yəni, işğal illərində vurulan zərərdir. Ona görə də zənnimcə, qarşılıqlı iddiaları kənara qoymaq hər iki tərəf üçün qəbulediləndir”, - Prezident deyib.

Onun sözlərinə görə, digər maddə başqa ölkələrin nümayəndələrini Azərbaycanla sərhəddə yerləşdirməməklə bağlıdır:

“Bu, niyə bizim üçün vacibdir? Çünki sözdə Avropa müşahidəçiləri pərdəsi altında bizimlə Ermənistan sərhədində NATO tərəfindən infrastruktur yaradılıb. Axı, bu müşahidəçilərin göndərilməsi məsələsi bizimlə 2022-ci ilin oktyabrında Paşinyan, Avropa Şurasının Prezidenti Şarl Mişel, Fransa prezidenti və mənim aramda keçirilən dördtərəfli görüşdə razılaşdırılıb. O vaxt Fransa hələ bizim tərəfimizdən normallaşdırma prosesindən kənarlaşdırılmamışdı. Belə bir razılıq əldə edildi ki, Avropa İttifaqının nümayəndələrinin iki ay müddətində məhdud kontingenti olacaq...”

Dövlət başçısı xatırladıb ki, ilkin olaraq 40 nəfərin yerləşdirilməsindən söhbət gedirdisə, sonra onların sayı 200 nəfərdən çox artırıldı:

phrase_var_article.chosen
36
50
aznews.az

10phrase_var_article.sources