AZ

Yerdən daş götürərək Elnarənin başına vurub... - FOTO

Dünən axşam Bakıda 33 yaşlı qadının başına daşla vurulub öldürülməsi hadisəsinin bəzi detalları məlum olub.
BUTA.TV”nun əldə etdiyi məlumata görə, cinayətdə şübhəli bilinərək tutulan 29 yaşlı İgid Rəcəbzadə ilə qətlə yetirilən Elnarə İbrahimova qeyri-rəsmi nikahda yaşayırmış. Lənkəran rayon sakini olan cütlük paytaxtda ev kirayələyərək birgə qalıb. Həmçinin E.İbrahimovanın kafedə ofisiant kimi işlədiyi bildirilir. İlkin məlumata görə, İ.Rəcəbzadə Maştağa qəsəbəsində küçədə Elnarə ilə qısqanclıq zəminində mübahisə edib. Bu zaman o, yerdən daş götürərək qadının başına vurub. Ağır xəsarətlər alan Elnarə İbrahimova həyatını itirib.

Faktla bağlı araşdırmalar davam etdirilir.

phrase_var_article.chosen
32
10
buta.tv

10phrase_var_article.sources