AZ

Çıraqqala ərazisində ziyarətçilər üçün infrastruktur yaradılacaq

Azərbaycanın tarixi-mədəni irsi ilə zəngin bölgələrindən biri olan Şabran rayonu öz qədim abidələri ilə diqqət çəkir. Bu abidələr arasında Çıraqqala xüsusi yer tutur. Orta əsrlərə aid bu möhtəşəm qala, Azərbaycanın müdafiə tarixi və memarlıq sənətinin ən nadir nümunələrindən biri hesab olunur. Dağlıq ərazidə yerləşən Çıraqqala, əsrlər boyu düşmən hücumlarına qarşı dayanıqlı bir qalxan rolunu oynayıb və xalqımızın zəngin tarixindən xəbər verən bir yadigar kimi günümüzə qədər gəlib çatıb.

News24.az bildirir ki, Shimal.News hazırda abidədə aparılan bərpa işləri ilə maraqlanıb.

Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası Xidmətinin mətbuat katibi Fariz Hüseynli saytımıza açıqlamasında bildirib ki, qalada aparılan bərpa-konservasiya işləri tamamlanmaq üzrədir:

“Həyata keçirilən işlər zamanı bürclər, bürclərarası qala divarları bərpa-konservasiya olunub, ərazidə arxeoloji tədqiqatlar aparıldıqdan sonra aşkar olunmuş tikililərdə əlavə konservasiya işləri həyata keçirilib”.

F.Hüseynli vurğulayıb ki, ərazidə ziyarətçilərə mədəni xidmətlərin göstərilməsi üçün müvafiq infrastruktur yaradılacaq:

“Çıraqqala Xəzərsahili digər mühafizə qurğuları ilə birlikdə UNESCO-nun İlkin İrs Siyahısına daxil edilib. Abidələrin UNESCO-nun Ümumdünya İrs Siyahısına daxil edilməsi üçün müvafiq işlər davam etdirilir”.


Seçilən
23
news24.az

1Mənbələr