AZ

AK Ukraynaya Dəstək Fondundan Kiyevə 4,1 milyard avro məbləğində tranş köçürüb

Avropa Komissiyası Ukraynaya Dəstək Avropa Fondundan Kiyevə 4,1 milyard avroluq tranş köçürüb.

Bu barədə AK mətbuat xidməti məlumat yayıb.

Onlar qeyd ediblər ki, fond çərçivəsində makromaliyyə kreditləşməsinin həcmi 16,1 milyard avroya çatdırılıb.

Bildirilib ki, transfer barədə qərar Kiyev Brüsselin iqtisadiyyatda islahatların aparılması və milli qanunvericiliyə, o cümlədən biznes, korrupsiya və əmək bazarı məsələləri ilə bağlı düzəlişlər etmək tələbləri paketini yerinə yetirdikdən sonra mümkün olub.

Seçilən
16
aznews.az

1Mənbələr