AZ

Növbəti mümkün pandemiya: Mənbəyi atlar ola bilər

Mütəxəssislər hesab edirlər ki, növbəti qlobal pandemiya insanların atlarla təması nəticəsində meydana gələ bilər.

Bakupost.az xarici mediaya istinadla xəbər verir ki, H5N1 virusunun (digər adıyla quş qripi) növbəti pandemiyanın ən mümkün səbəbi ola biləcəyi düşünülür.

Mütəxəssislər simptomları olmayan atların virusu fərqində olmadan yaya biləcəyindən və onun hətta insanlara keçə biləcəyindən narahatdırlar.

Qlazqo Universitetindən alimlərin yayımladığı araşdırmada, Monqolustandakı atlardan alınan qan nümunələrində quş qripi virusuna qarşı anticisimlərin aşkarlandığı bildirilib.

Araşdırmanın əsas müəllifi, professor Pablo Mursiya, “Sky News”a verdiyi açıqlamada bunu belə izah edib:

“Artıq bu cür infeksiyaların təbiətdə baş verə biləcəyini bildiyimizə görə, onları çox tez bir zamanda aşkarlamaq üçün izləmək son dərəcə vacibdir. Atlar, digər bir çox ev heyvanları kimi, insanlara yaxın mühitdə yaşayır və əgər bu virus atlarda qalıcı hala gələrsə, insanlara keçmə ehtimalı artır”.

Rəhman Mirzəlizadə, BakuPost
Seçilən
37
bakupost.az

1Mənbələr