AZ

Tacikistan Prezidenti yenidən hakim partiyanın lideriSEÇİLDİ

Tacikistan Prezidenti Emomali Rahmon yenidən Tacikistan Xalq Demokratik Partiyasının (XDP) sədri vəzifəsinə seçilib

Redaktor.az xəbər verir ki, onun namizədliyi partiyanın Düşənbədə keçirilən 15-ci qurultayının iştirakçıları tərəfindən yekdilliklə dəstəklənib.

Bundan əlavə, qurultayda partiyanın yeni mərkəzi icraiyyə komitəsinin tərkibinə, onun rəhbərliyinə, partiyanın digər orqan və strukturlarının tərkibinə namizədlər təsdiq edilib.

Rahmon qurultayı açarkən partiyanın iştirakçılarını və bütün partiya üzvlərini yaranmasının 30-cu ildönümü münasibətilə təbrik edib, həmçinin partiyanın son beş ildəki fəaliyyətini nəzərdən keçirib.

1994-cü ildə yaradılan bu partiya Tacikistanın ən böyük siyasi partiyasıdır. Rahmon 1998-ci ilin martında ona qoşulub və o vaxtdan bəri onun lideridir.

Seymur BƏNNAYEV 

phrase_var_article.chosen
30
redaktor.az

1phrase_var_article.sources