AZ

Məhkəmə onu 545 il müddətinə həbs etdi

Antalyada 545 il 1 ay, 193 il 3 ay həbs cəzası alan iki qaçaq məhkum İzmirdə tutulub.

Oxu24.com xəbər verir  ki, Antalya Qubernatorluğundan verilən açıqlamaya görə,  150 dəfə "başqasının bank və ya kredit kartından icazəsiz yararlanma" ittihamı ilə 545 il 1 ay  15 gün həbs cəzası alan H.K.-nı  və "oğurluq" maddəsi ilə 193 il 3 ay həbs cəzası alan B.Ü-nün tutulması üçün əməliyyat keçirilib.

İzmirdə gizləndikləri müəyyən edilən məhkumlar əməliyyat zamanı yaxalanıblar.Onlar yenidən həbsxanaya qaytarılıblar.

 

Seçilən
4
oxu24.com

1Mənbələr