İngiltərənin "Çelsi" klubunda yeni müqavilə qeydə alınıb.
Sportal.az xəbər verir ki, Premyer Liqa təmsilçisi Coş Açeamponqun sözləşməsinin müddətini uzadıb. Bu barədə klubun mətbuat xidməti məlumat yayıb.
İngiltərəli sağ cinah müdafiəçisi 2029-cu ilin yayına kimi London klubuna məxsus olacaq.
Qeyd edək ki, Coş Açeamponq "Çelsi"nin yetirməsidir. İngiltərə U-19 millisinin üzvü olan 18 yaşlı futbolçu bu mövsüm "mavilər"in əsas komandasının heyətində 2 rəsmi matçda iştirak edib.
saytlarin hazirlanmasi