AZ

Günay Ağamalı: “Anti-Azərbaycan təbliğatı məqsdəli formada davam etdirilir”

“İsveçrə parlamentinin aşağı palatasında “Dağlıq Qarabağ Sülh Konfransı” adlı qətnamənin qəbul edilməsi rəsmi Bernin Azərbaycana qarşı qərəzli siyasətinin təzahürüdür”.

Bunu  Milli Məclisin deputatı, Ana Vətən Partiyasının sədr müavini Günay Ağamalı bildirib.

Deputat qeyd edib ki, İsveçrə tarixən özünü neytral statuslu ölkə kimi tanıtsa da, son dövrlərdə yaşanan hadisələr, xüsusilə, bir çox məsələlərdə açıq şəkildə ermənipərəst mövqe nümayiş etdirir:

“Onların anti-Azərbaycan ritorikası təkcə diplomatik bəyanatlarla kifayətlənmir. İsveçrə hökuməti eyni rasional yanaşma ilə beynəlxalq təşkilatlarda Ermənistanın maraqlarına uyğun layihələrin dəstəklənməsi də fəal rol oynayır. Bununla da sistemli şəkildə Azərbaycanın mövqeyi görməzdən gəlinir və rəsmi Bakıya yönəlik dezinformasiya formalaşdırılır.

Bir nüansı xüsusilə qeyd edim ki, rəsmi Bernin tək tərəfli yanaşması və İrəvanı müdafiə etməsi ölkənin beynəlxalq müstəvidə neytral imicinə ciddi xələl gətirir. İsveçrə hökumətinin Fransa və Niderlandın başlatdığı kampaniyanın fərdinə çevrilməsi və balanssız mövqe sərgiləməsi Bakı və İrəvan arasında münasibətlərin yenidən gərginləşməsinə yönəlib”.

Deputat vurğulayıb ki, bəzi Avropa ölkələri, xüsusilə, Fransa, Almaniya , Niderland və İsveçrə rəsmiləri başa düşmürlər ki, Azərbaycanın torpaqlarını işğal edən, xalqımıza qarşı misli görünməmiş müsibətlər, vandalizm və qırğınlar yaşadan məhz Ermənistan olub:

“Ermənistan BMT-nin qətnamələri əsasında işğalçı dövlət kimi tanınıb. Azərbaycan isə işğala və təcavüzə qalib gəlməklə eyni situasiyadan əziyyət çəkən ölkələr üçün nümunə olub. Bu kontekstdə Ermənistana dəstək olmaq sadəcə işğalı stimullaşdırmaqdır. İsveçrə məsələyə həmfikləri kimi xristian təəssübkeşliyi prizmasından yanaşmamalıdır. Bu kimi hallar İrəvanda birmənalı olaraq revanşist meyllərin artmasına zəmin yaradır”.

Seçilən
25
xalq.az

1Mənbələr