AZ

Yunanov – “Şəfa” dastanı davam edir...

Sonuncu dəfə Albaniya “Bülis”inin şərəfini qorumuş Amil Yunanovun karyerasını vətəndə davam etdirəcəyini xəbər vermişdik.

“Football-plus.az” bir daha xatırladır ki, 31 yaşlı hücumçunun 2-ci liqa klubu “Şəfa” ilə anlaşacağı gözlənilir.

“Şəfa”nın idman direktoru Elvin Əsgərov saytımıza son açıqlamasında “Füzuli” ilə oyundan sonra qəti nəsə deməyin mümkün olacağını söyləmişdi. Artıq həmin matç arxada qalıb. Belədə yenidən Elvin bəylə əlaqə saxladıq:

“Klubumuzun “instaqram” səhifəsində ətralı paylaşım olacaq. Xahiş edirəm ki, nəzərə alın”.

Klub rəsmisinin dediklərindən aydın olur ki, artıq transfer reallaşıb. Sadəcə, rəsmi şəkildə açıqlanması qalır.

ƏSƏD SEYİDOV
phrase_var_article.chosen
40
football-plus.az

1phrase_var_article.sources