AZ

Təbiətin“şıltaq”lığına məruz qalan klub”: Bizə böyük miqdarda ziyan dəyib” - VİDEO

“Klubumuza böyük miqdarda ziyan dəyib”.

Bu sözləri Sportifo.az-a açıqlamasında “Qəbələ”nin icraçı direktoru Səbuhi Səfiyarlı deyib.

Xəbər verdiyimiz kimi, son günlər ölkə ərazisində hökm sürən qeyri-sabit hava şəraiti «Qəbələ»yə külli miqdarda ziyan vurub.

Davamlı yağan qar və güclü külək klubun bazasını dağıdıb. Nəticədə üstübağlı manej yerlə bir olub.

Klub funksioner dəymiş ziyanəın hesablanması və qurğunun bərpası üçün ilkin addımları atdıqlarını bildirib:

“Hadisə bugünlərdə baş verib. Güclü külək bizim “şar” adlandırdığmız qapalı meydançanın üstünü aşırıb.

Vaxtilə onun hazırlanmasına böyük xərc çəkilib. Ora qıç aylarında komandalarımızın əsas məşq yeri idi.

Hətta əraziyə güclü qar yağanda akademiya ilə yanaşı, əsas komanda da bu qapalı yerdə məşq keçirdi. 8-14 yaşarası qruplarımız, adətən, sentyabr-mart ayları ərzində orada hazırlaşırdı.

Onun özünün istilik sistemi var idi. Bizə çox kömək edirdi.

İndi güclü yağış, yaxud qar yağsa, bizim uşaqların məşq eləməsi mümkün olmayacaq. İki-gündür vəziyyət bələdir.

Bu da akademiyamızın fəaliyyətinə çox pis təsir göstərəcək. Ona görə də problemi qısa müddətdə aradan qaldırmağa çalışırıq.

Bura mütəxəssislər dəvət etmişik və əraziyə ilkin baxış keçirilib. Dəymiş ziyan hesablanır.

Küləyin yerə aşırdığı örtüyün təmirə yararlı olub-olmadığnı araşdırırıq. Əslində, ilkin araşdırma bizə böğük “materal” vermədi.

Daha geniş araşdırılma aparılmalıdır. Ona gərə də mütəxəssislərdən ibarət yeni qrup gələcək.

Bazaya xidmət edən şirkətin əməkdaşları dəqiqləşdirmə aparandan sonra bizə deyəcək ki, kluba nə qədər ziyan dəyib. Vəziyyət hələlik qəliz olaraq qalmaqdadır”.

VİDEONU BU LINKƏ DAXİL OLARAQ İZLƏYİN

phrase_var_article.chosen
37
sportinfo.az

1phrase_var_article.sources