AZ

Avropa İttifaqı Ukraynaya 100 minə qədər hərbçi göndərə bilər

...Avropa İttifaqı ölkələri atəşkəs olacağı təqdirdə Ukraynaya sülhməramlı missiya üçün 100 minə qədər hərbçi göndərə bilər.

SİA-nın məlumatına görə, bunuReuters xəbər verir.

Nəşr “bəzi rəsmilərə” istinadən yazır ki, Avropa ölkələri Ukrayna ərazisindəki on minlərlə əsgərdən ibarət qüvvələrin köməyi də daxil olmaqla, Ukraynaya təhlükəsizlik zəmanəti verə bilər.

Qəzet qeyd edir ki, “Belə bir qüvvə Rusiya ilə birbaşa qarşıdurma riskini artıracaq və silah ehtiyatları Ukraynaya yardım nəticəsində tükənmiş və daha çox ABŞ-ın dəstəyinə arxalanan Avropa qoşunlarını genişləndirəcək”.

...Nəşrin həmsöhbətləri bu cür qüvvələrin əsas hissəsini Fransa, Almaniya, Böyük Britaniya, İtaliya və Polşadan təşkil edə biləcəyini ehtimal edirlər.

Ukrayna rəsmilərindən biri Reuters agentliyinə bildirib ki, belə bir qüvvə 5-8 ölkədən ibarət koalisiyanın tərkibində yaradıla bilər.

Adlarını açıqlamayan analitiklər atəşkəsə nəzarəti təmin etmək üçün Avropa ölkələrindən təxminən 40 min hərbçiyə ehtiyac olacağını düşünürlər.

Adının açıqlanmasını istəməyən Avropa təhlükəsizlik rəsmisi bildirib ki, 100 min əsgərə ehtiyac ola bilər.

Analitiklərin fikrincə, Avropa İttifaqı da ABŞ-ı təşəbbüsə qoşulmağa inandırmalı, ən azı kəşfiyyat və bu kimi məsələlərdə kömək etməlidir.

Əli Babayev

phrase_var_article.chosen
27
sia.az

1phrase_var_article.sources