AZ

Sloveniya millisinin üzvü İtaliya nəhənginə keçir

"Udineze"nin və Sloveniya millisinin müdafiəçisi Yaka Biyol karyerasının İtaliya nəhəngində davam etdirməyə yaxındır.

Fanat.Az xəbər verir ki, informasiyanı şəxsi "X" hesabı üzərindən jurnalist Rudi Qaletti yayıb.

Xəbərə görə, onun xidmətində "İnter" maraqlıdır. Mənbə Milan təmsilçisinin "Fiorentina", "Ştutqart" və "Napoli"nin də istədiyi oyunçunun keçidini rellaşdırmaq üçün bütün gücünü səfərbər etdiyini vurğulayıb. 

Daha öncə Udine klubunun Biyolu 30 milyon avroya satmağı planlaşdırdığı barədə məlumatlar dərc edilmişdi.

Xatırladaq ki, sözügedən futbolçu cari mövsüm 17 matça çıxaraq 2 qol və 1 məhsuldar ötürmə müəllifi olub. "Transfermarkt" portalı Yakanın transfer qiymətini 18 milyon avro ilə dəyərləndirir.

Nihat

phrase_var_article.chosen
22
fanat.az

1phrase_var_article.sources