AZ

UEFA Azərbaycan millisinə xəbərdarlıq etdi – Özünüzü düzgün aparın!

UEFA Azərbaycan millisinə xəbərdarlıq edib.

Sportinfo.az xəbər verir ki, buna yığmanın səfərdə İsveçə uduzduğu Millətlər Liqasının matçında yaşananlar səbəb olub.

Fernandu Santuşun baş məşqçisi olduğu kollektiv "komandanın düzgün olmayan davranışı"na görə xəbərdarlıq alıb.

Sözügedən qarşılaşmada millinin beş üzvü sarı vərəqə alıb. Bunlar Anton Krivotsyuk, Amin Seydiyev, Coşqun Diniyev, Bəhlul Mustafazadə və Toral Bayramovdur.

Oyun ev sahiblərinin 6:0 hesablı qələbəsi ilə bitib.

phrase_var_article.chosen
16
49
sportinfo.az

10phrase_var_article.sources