Ukrayna Silahlı Qüvvələri Rostov vilayətinə 10 raketlə hücum edib.
Azpost.info bildirir ki, bu barədə rus teleqram kanalları məlumat yayıb. Onların arasında ABŞ istehsalı olan ATACMS raketi də olub. Hədəf isə Kamensk-Şaxtinski şəhəri olub.
Bütün raketlər hava hücumundan müdafiə sistemi ilə vurulub. Malaya Kamenka kəndində onlardan birinin parçalarının aşması nəticəsində Pervomayskaya küçəsində yaşayış binası yanıb.
Hücum nəticəsində ölən və yaralanan olmayıb.
Azpost.info