AZ

Yük və sərnişin qatarlarının toqquşdu, 3 vaqon relsdən çıxdı

Murmansk vilayətinin Knyajaya stansiyasında yük və sərnişin qatarlarının toqquşması nəticəsində sərnişinləri olan 3 vaqon relsdən çıxıb.

Editor.az xəbər verir ki, bu barədə Rusiya Dəmir Yolları öz Telegram kanalında məlumat yayıb. Şirkətin məlumatına görə, Moskva vaxtı ilə saat 16.15-də 326 sərnişinin olduğu 11 nömrəli Murmansk – Sankt-Peterburq sərnişin qatarı Knyajaya stansiyasına gəlib və burada qatar yük qatarının vaqonları ilə yan-yana toqquşub.

“İlkin məlumata görə, üç sərnişin qatarı və yük vaqonu relsdən çıxıb”, – məlumatda deyilir. Şirkətdən verilən məlumata görə, sözügedən hissədə hərəkət dayandırılıb, vaqonun relsdən çıxmasının nəticələrini aradan qaldırmaq üçün Kandalakşa və Kem stansiyalarından bərpa qatarları göndərilib.

Son məlumatlara görə, Murmansk vilayətində sərnişin və yük qatarının toqquşması nəticəsində 15-ə çatıb.

//Samir Qurbanov, Editor.az

phrase_var_article.chosen
36
editor.az

1phrase_var_article.sources