AZ

Belarusun Suriyadan qaçan diplomatları...

...Dəməşq otellərindən birində təxliyyə gözləyən 23 Belarus vətəndaşı var.

SİA xəbər verir ki, məlumatı “Mirror”a vəziyyətlə tanış olan mənbə verib.

Bütün belaruslar kişilərdir, onlar Dəməşqdə əmək müqaviləsi ilə işləyirmişlər.

İndi Suriyanı ancaq quru yolu ilə tərk etmək olar.

Dəməşqdən Livanla sərhədə qədər təxminən 40 kilometrdir. Amma, birincisi, yollar yerlərdə dağıdılıb, ikincisi, onların üzərində Suriya Azadlıq Ordusunun çoxlu əsgərləri var.

Belaruslular ötən həftə belarus diplomatları ilə əlaqə saxlayıblar. Lakin ixrac məsələsi həllini tapmayıb. Onların fikrincə, bu bürokratik problemlər üzündəndir...

Eyni zamanda, Belarusun Suriyadakı səfirliyinin əməkdaşları dekabrın 15-də “mövcud vəziyyəti yerində nəzərə alaraq” Minskə aparılıblar.

Əli Babayev

phrase_var_article.chosen
26
sia.az

1phrase_var_article.sources