AZ

"Yuventus" Slovakiya millisinin üzvü ilə anlaşdı

İtaliyanın "Yuventus" klubu müdafiə xəttini yeni oyunçu ilə gücləndirməyi planlaşdırır.

Sportal.az xəbər verir ki, Turin təmsilçisi "Feyenoord"da çıxış edən David Hançkonu transfer etmək istəyir. Bu barədə "Calciomercato" nəşri məlumat yayıb.

"Yuventus" slovakiyalı mərkəz müdafiəçisi ilə 5 illik müqavilənin şərtlərini razılaşdırıb. Hançko "ağ-qaralar"ın illik 2,5 milyon avro maaş təklifini qəbul edib. Klublar anlaşsa, transfer yanvar ayında gerçəkləşəcək.

Qeyd edək ki, "Feyenoord" David Hançkonu 2022-ci ilin yayında Praqa "Sparta"sından transfer edib. Slovakiya millisinin üzvü bu mövsüm Rotterdam təmsilçisinin heyətində meydana çıxdığı 23 rəsmi matçda 3 qol və 3 məhsuldar ötürmə ilə yadda qalıb.

saytlarin hazirlanmasi

phrase_var_article.chosen
25
sportal.az

1phrase_var_article.sources