AZ

Suriyanın bölünməsinə Ankaradan kəskin REAKSİYA

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan ölkəsinin Suriyanın ərazi bütövlüyü ilə bağlı məsələdə heç vaxt güzəştə getməyəcəyini bildirib.

Bakupost.az Türkiyə KİV-ə istinadən xəbər verir ki, o, bunu Livanın baş naziri Nəcib Mikati ilə danışıqlardan sonra keçirdiyi mətbuat konfransında deyib.

“Bizim prioritetimiz infrastruktur və mənzil tikintisi vasitəsilə suriyalıların gündəlik həyatını normallaşdırmaqdır. Orada cəmiyyətin bütün təbəqələrini əhatə edən daimi idarənin yaradılması da bizim üçün vacibdir. Bu həm region ölkələri, həm də suriyalıların özləri üçün vacibdir. Suriyanın ərazi bütövlüyünü və unitar quruluşunu qorumaq ölkəmizin heç vaxt güzəştə getməyəcəyi bbir məsələdir”, - deyə Ərdoğan bildirib.

Livanın yardımından danışan Türkiyə lideri qeyd edib ki, hər iki ölkə “birgə hərəkət etməyə razıdır:

"Suriyanın sabitliyi son 13 ildə bu ölkədə qeyri-sabitlikdən əziyyət çəkən bütün regionun sabitliyi deməkdir. Türkiyə kimi Livan da suriyalı qardaşlarımızı (qaçqınları) qəbul etməkdən çəkinmədi".

Ərdoğan əlavə edib ki, həm Türkiyənin, həm də Livanın ortaq məqsədi Suriyanı dirçəltməkdir:

"Biz tələb olunanı etməyə davam edəcəyik. Təbii ki, bu prosesin uğurla başa çatması beynəlxalq ictimaiyyətdən güclü dəstək tələb edir. Suriyanın sabitliyinin regionun sabitliyi olduğunu başa düşən hər kəsin öz töhfəsini verməsini gözləyirik”.

Zaur, BakuPost


phrase_var_article.chosen
38
2
bakupost.az

3phrase_var_article.sources