"Formula-1" pilotu Serxio Peres "Red Bull"u tərk etdiyini açıqlayıb.
İdman.biz xəbər verir ki, meksikalı sürücü bununla bağlı sosial şəbəkə hesabında paylaşım edib.
Peresin Avstriya komandası ilə 1 illik müqavilə olsa da, tərəflər əməkdaşlığa son vermək qərarına gəliblər. O, dünya çempionatında başa çatmış mövsümündə uğursuz çıxış 8-ci yeri tutub.
Qeyd edək ki, Serxio 2021-2024-cü illərdə "Red Bull"un şərəfini qoruyub. O, ötən il dünya çempionatını 2-ci, 2022-ci ildə isə 3-cü pillədə başa vurub.
İdman.biz