AZ

Qara dənizdə ekoloji fəlakət baş verir

Kerç boğazında fırtına nəticəsində batan tankerdən sızan yanacaq Qara dəniz sahilini qara rəngə boyayıb. Metbuat.az xəbər verir ki, parçalanan tankerdən yanacaq sızması səbəbindən Qara dənizdə ekoloji fəlakət baş verir. Rusiya tərəfi sızıntıları təmizləmək üçün işlərini davam etdirir. Sahili örtən neft xüsusi texnika ilə yığılır. Mütəxəssislər sızıntının dəniz canlılarına və ətraf mühitə zərər verə biləcəyindən narahatdırlar. Məlumata görə, fırtına iki gəmiyə ciddi ziyan vurub və fəsadlardan sonra yardım çağırılıb. Məlumata görə, fırtınadan sonra iki tanker batıb, yanacaq daşıyan tankerlərdən biri yarıya bölünüb. Rusiya bayrağı daşıyan üçüncü tanker də fırtına ilə bağlı yardım çağırıb. Əraziyə xilasedicilər cəlb edilib. Fəlakət nəticəsində azı bir dənizçi həyatını itirib. Fəlakətin təbiətə vurduğu ziyan hava şəraiti və gəmilərin batmış vəziyyətinə görə hələ də ölçülməyib.

Gəmilərdəki yanacaq yayılarsa, bunun geniş ərazidə dəniz orqanizmlərinə böyük ziyan vuracağı deyilir. Bildirilir ki, müdaxilə edilməsə axan neft Türkiyə sahillərinə çata bilər.

Seçilən
52
1
metbuat.az

2Mənbələr