AZ

Hindistanda bərə ilə kater toqquşdu: Onlarla ölü və yaralı var

1 iyul 2024-cü ildən etibarən Oxu.az mobil tətbiqinin köhnə versiyasına dəstək dayandırılacaq - yenilənmiş versiyanı endirmək üçün Google Play və ya AppStore-a keçməyiniz xahiş olunur.



Hindistanın Mumbay şəhəri sahillərində, Ərəbistan dənizində göyərtələrində 110 nəfərin olduğu bərə və katerin toqquşması nəticəsində azı 13 nəfər ölüb, onlarla insan yaralanıb.
Oxu.Az TASS-a istinadən xəbər verir ki, bu barədə Maharaştra ştatının Baş naziri Devendra Fadnavis məlumat verib.
Qeyd olunur ki, toqquşma nəticəsində on mülki şəxs və üç hərbçi həlak olub, 94 nəfər isə xilas edilib.
Məlumata görə, "Nilkamal" bərəsi Mumbay yaxınlığındakı məşhur turistik yer olan "Elefanta" adasına doğru hərəkət edərkən, Hərbi Dəniz Qüvvələrinin kateri onu vurub.
Hindistan Hərbi Dəniz Qüvvələri və Sahil Mühafizəsi geniş axtarış-xilasetmə əməliyyatına başlayıb. Əraziyə 11 hərbi kater, üç dəniz polisi kateri və bir sahil mühafizə gəmisi, həmçinin dörd helikopter göndərilib.
Seçilən
16
oxu.az

1Mənbələr