AZ

Rumıniyalı iş adamı A Seriyası klubunu aldı

Rumıniyalı iş adamı Dan Şutsu İtaliya A Seriyası klubu "Cenoa"nın səhmlərinin əksəriyyətini alıb. 

Fanat.Az xəbər verir ki, artıq Genuya təmsilçisi sahibinin dəyişdiyini açıqlayıb.

"Cenoa" klubu əvvəlki sahibi "777 Partners"in oktyabr ayında London Ali Məhkəməsinin qərarı nəticəsində dağılmasından sonra yeni alıcılar axtarırdı.

Şutsu "iqtisadi sabitlik" və "yeni sərmayə" təmin etmək üçün Genuya klubunun 77 faizlik səhm payına yiyələnib. O, bunu əldə etmək üçün 45 milyon avrodan çox ödəyib. 

Mirağa

phrase_var_article.chosen
14
1
fanat.az

2phrase_var_article.sources