AZ

''Beşiktaş'' fanatları bazaya gələrək futbolçularla görüşdü

''Beşiktaş'' üçün ardıcıl ikinci dəfədi ki, faktiki olaraq mövsüm ilk dövrədə başa çatdı. Çünki komandanın çempionluq şansı artıq möcüzəyə bərabərdi.

Son turda aşkar autsayder ''Adana Dəmirspor''a boyun əyən, son 7 rəsmi oyunda cəmi bir qələbəsi olan, 15 oyuna 25 xal toplayan və liderdən 16 xal geri düşən komanda mövsümün qalan hissəsində ən yaxşı halda avrokuboklara vəsiqə üçün mübarizə aparacaq. Ötən mövsüm də ''Qartal'' ilk 15 oyuna 26 xal toplamış və liderdən 14 xal geri düşmüşdü.

Bu arada dünən fanatlar narazılıqlarını bildirmək üçün klubun bazasına gəliblər. Təxminən 150-yə yaxın fanatla söhbət etmək üçün onların qarşısına kapitanlar Nəcip Uysal ilə Mərt Günok, eləcə də Jedson Fernandeş ilə Yonas Svensson çıxıb. Fanatların adından danışan bir şəxs bunları deyib:

''İşlər belə davam etsə, gələn dəfə bura 150 yox, 150 min nəfərlə gələcəyik! O zaman artıq iş cığırından çıxacaq. Lazım olsa, qapını da qırıb içəri daxil olarıq. Səbrimiz daşdı. Yetər artıq. Bir az əmək göstərin. Bizim göstərdiyimiz əməyin 1/3-ni göstərin. Bura Türkiyənin ən böyük idman klubu və ailəsi olan ''Beşiktaş''dı. Siz bu ailəyə yaraşan şəkildə hərəkət etmirsiz. Hər kəs üzərinə düşəni etməlidi. Həyatda hər şey ancaq pul deyil. İnsanlar sosial şəbəkədə öz səhifələrinə sizin şəkillərinizi qoyur''. Futbolçular isə fanatları üzdükləri üçün üzrxahlıq edərək növbəti tur ''Alanyaspor''la oyunda əllərindən gələni edəcəklərini bildiriblər. Zədə üzündən uzun müddətdi oynaya bilməyən kapitan Nəcip Uysal bunları deyib: ''Komanda daxilində mütləq toplantı keçirəcəyik. Sizinlə burda müzakirə etdiklərimizi digər oyunçulara da çatdıracağıq. Məsələ zəif oynamaqda deyil. Problem ruhun olmamasındadı. Biz də bunu komandada müzakirə edəcəyik''.

ƏLİ
phrase_var_article.chosen
10
football-plus.az

1phrase_var_article.sources