AZ

Colani: Türkiyə ilə strateji münasibətlər qurulacaq

“Heyət Təhrir əş-Şam”ın (HTŞ) lideri Əhməd əş-Şaraa çərşənbə günü "Yeni Şafak" qəzetinə deyib ki, Suriya bundan sonra Türkiyə ilə strateji əlaqələr quracaq.

"Sherg.az" MiddleEasteye-a istinadən xəbər verir ki, Əbu Məhəmməd Colani adı ilə tanınan Şaraa deyib ki, Türkiyəyə sığınan suriyalılara orada başqa yerlərdən daha yaxşı münasibət göstərilib.

"Türkiyənin yeni Suriya dövlətinin qurulmasında bir çox prioritetləri var. Qarşılıqlı ticarət əlaqələri də olacaq. İqtisadi inkişaf təcrübəsini Suriya ilə bölüşmək məsələsində Türkiyəyə güvənirik", - o əlavə edib.

Şəraa əlavə edib ki, Suriyadakı inqilabın uğuru türk xalqı üçün də bayrama səbəb olub: “Bu qələbə təkcə Suriya xalqının deyil, həm də Türkiyə xalqının qələbəsidir“, - deyə o, bildirib.
Seçilən
43
sherg.az

1Mənbələr