“Şanxay Şenxua”da baş məşqçi Leonid Slutskinin köməkçisi olan Berezutskini çinlilər Yannin Sinner sayıb. Həmin vaxt Şanxayda “Masters” seriyalı turnir keçirilirmiş, çinli azarkeşlərə elə gəlib ki, qarşılarındakı italiyalı tennis ulduzudu:
“Oteldən idman formasında çıxdım, padel oynamağa gedirdim, tennisçiyə bənzəyirdim, yalnız əlimdə raketka yox idi. Dərhal məni iki cangüdən müşayiət etməyə başladı, azarkeşlər “Sinner, Sinner” qışqırırdı, mən də onlara əlimi yelləyirdim. Məni düz liftə qədər yola saldılar. Təxminən 100 metr, liftə çatana qədər Sinner oldum”.