AZ

“Sabah”ın baş məşqçisi ...liftə çatana qədər Sinner olub

Noyabrın 25-də “Sabah”la 2,5 illik müqaviləyə bağlayan Vasili Berezutski ÇSKA-nın saytına Çində başına gələnlərlə bağlı maraqlı açıqlama verib.

“Şanxay Şenxua”da baş məşqçi Leonid Slutskinin köməkçisi olan Berezutskini çinlilər Yannin Sinner sayıb. Həmin vaxt Şanxayda “Masters” seriyalı turnir keçirilirmiş, çinli azarkeşlərə elə gəlib ki, qarşılarındakı italiyalı tennis ulduzudu:

“Oteldən idman formasında çıxdım, padel oynamağa gedirdim, tennisçiyə bənzəyirdim, yalnız əlimdə raketka yox idi. Dərhal məni iki cangüdən müşayiət etməyə başladı, azarkeşlər “Sinner, Sinner” qışqırırdı, mən də onlara əlimi yelləyirdim. Məni düz liftə qədər yola saldılar. Təxminən 100 metr, liftə çatana qədər Sinner oldum”.
Seçilən
39
football-plus.az

1Mənbələr