AZ

Rusiyada sərnişin və yük qatarları toqquşdu - 17 yaralı+ Yenilənib

Rusiyanın Murmansk vilayətində yük qatarı sərnişin qatarı ilə toqquşub.

“Qafqazinfo” xəbər verir ki, bu barədə Rusiya Dəmir Yolları QSC-nin mətbuat xidməti məlumat yayıb.

Hadisə yerli vaxtla saat 16:15-də “Knyaznaya” stansiyasında baş verib. Murmanskdan Sankt-Peterburqa gedən 11 nömrəli sərnişin qatarının göyərtəsində 326 sərnişin olub.

İlkin məlumatlara görə, üç sərnişin qatarı və yük vaqonu relsdən çıxıb.

Zərərçəkənlərlə bağlı məlumat verilməyib. Sözügedən ərazidə nəqliyyatın hərəkəti dayandırılıb. Hadisə yerinə və xilasetmə qrupları göndərilib. Murmansk vilayətinin qubernatoru Andrey Çibis vəziyyəti şəxsi nəzarətinə götürüb.

Şimal-Qərb Nəqliyyat Prokurorluğu hadisə ilə bağlı araşdırmalara başlayıb.

***

TASS-ın məlumatına görə, hadisə nəticəsində 8 nəfər xəsarət alıb.

***

Rusiya səhiyyə nazirinin köməkçisi Aleksey Kuznetsov bildirib ki, qəzada yaralananların sayı 11-ə yüksəlib.

***

TASS-ın məlumatına görə, hadisə zamanı yaralananların sayı 17-yə çatıb.


phrase_var_article.chosen
28
4
qafqazinfo.az

10phrase_var_article.sources