AZ

Rusiya XİN ABŞ-ın Kuba işlərinə müdaxilə etdiyini açıqlayıb

Vaşinqton Kubada hakimiyyəti dəyişmək üçün suveren ölkənin daxili işlərinə xaincəsinə müdaxilə etməyə hazırdır.

NOCOMMENT.az xəbər verir ki, bunu Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova deyib.

O, ABŞ-ın Kubanı terrora sponsorluq edən ölkələr siyahısında saxlamaq qərarını belə şərh edib.

“Tamamilə aydındır ki, Vaşinqton Kubada hakimiyyət dəyişikliyinə nail olmaq üçün istənilən üsuldan istifadə etməyə və suveren ölkənin daxili işlərinə xəyanətkarcasına müdaxilə etməyə hazırdır”, – deyə o vurğulayıb.

Zaxarova bildirib ki, ABŞ bu cür hərəkətləri ilə insan haqlarına və humanitar dəyərlərə etinasızlığını nümayiş etdirir.

Seçilən
27
1
nocomment.az

2Mənbələr