AZ

37 yaşında 70 kq arıqladı - Ancaq 2 şeyi dəyişdirdi - FOTO

Kilo vermək çoxları üçün sağlamlığa doğru atılan əhəmiyyətli bir addım olsa da, bu proses çətin və yorucu ola bilər. Ancaq mütəxəssislər bunun əslində çox sadə bir yanaşma ilə mümkün olduğunu vurğulayır və bunu sübut edən bir çox nümunənin olduğunu qeyd edirlər.

Milli.Az xəvbər verir ki, bu insanlardan biri də Norveçdə yaşayan Maria Kirklanddır.

37 yaşında və metabolizmanın yavaşladığı bir dövrdə Maria tam 72 kilo arıqlamağı bacardı. Heç bir şeyin mümkünsüz olmadığını göstərən Kirkland, bu nəticəni sadəcə iki addımla əldə etdiyini deyir.

Həyat tərzini necə dəyişdi?

"Çoxlu fast food, dondurma, şokolad və yüksək kalorili yeməklər yeyirdim. Bundan sonra isə özümə nifrət edirdim. Nəhayət kilo vermək qərarına gəldim. Özümə söz verdim ki, bir daha dondurma yeməyəcəyəm. Şokolad yeməyəcəyəm. Amma bu qərarlar yalnız bir neçə gün davam edirdi və sonra təslim olurdum."

Keçmişin izləri və psixoloji təsir
Kilosu ilə bağlı uşaqlığından bəri zorakılığa məruz qaldığını bildirən Maria, yeməkləri bir növ emosional dəstək kimi gördüyünü etiraf edib. COVID-19 pandemiyası isə bu duyğularını daha da gücləndirib.

Maria deyir:
"Bir anda özümü tamamilə itirdim. Çox depressiyaya düşdüm. Çox təcrid olunmuş hiss edirdim və bunun məni yeməklə pis bir münasibət qurmağa, düzgün qidalanmamağa və evdən çıxmamağa təşviq etdiyini düşünürəm."

Maria Kirklandın hekayəsi, dəyişiklik etmək və sağlam həyat tərzinə keçmək istəyənlər üçün ilham mənbəyi ola bilər. Onun uğuru göstərir ki, sadə addımlarla böyük nəticələr əldə etmək mümkündür.

Lalə Qüdrətova
Milli.Az

Məqaləyə dair fotomateriallar:

Seçilən
7
milli.az

1Mənbələr