AZ

Azərbaycanın Gürcüstana yatırımı çoxalır

Ölkəmizdən Gürcüstana yatırılan birbaşa investisiyaların həcmi getdikcə artır. Azərbaycan Mərkəzi Bankının məlumatına görə, 2024-cü ilin yanvar–sentyabr aylarında qonşu ölkəyə 95 milyon 750 min ABŞ dolları investisiya yönəldilib.

Bu isə əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə 45 milyon dollar və ya 88,8 faiz çoxdur. Belə ki, 2023-cü ilin müvafiq dövründə Azərbaycandan Gürcüstana 50 milyon 710 min dollar birbaşa investisiya yatırılıb.

Qeyd edək ki, bu ilin yanvar-sentyabr aylarında Azərbaycandan xarici iqtisadiyyata yatırılan birbaşa investisiyaların ümumi həcmi 1 milyard 380,6 milyon ABŞ dolları təşkil edib.

Seçilən
14
xalqqazeti.az

1Mənbələr