AZ

İki xalqın ortaq şairi

Yazıçılar Birliyinin “Natəvan” klubunda Azərbaycan, Gürcüstan və Rusiya Yazıçılar birliklərinin üzvü, şair-tərcüməçi Giya Paçxataşviliyə həsr olunmuş “Azərbaycan ədəbiyyatında Giya Paçxataşvilinin yeri” adlı kitabın təqdimatı olub.

Qeyd edək ki, 1961-ci ildə Qax rayonunun Qax-Gürcü kəndində dünyaya göz açan, milliyyətcə gürcü olan Giya Paçxataşvili ədəbiyyata 15 yaşında ikən “Səni sevməyimi...” əsəri ilə gəlib. Onun məşhur “Oğul ata itirdi”, ”Zülmətdən gələn işıq” şeirləri oxucuların diləzbərinə çevrilib. O, 9 kitabın müəllifidir, 65-ə yaxın kitabın (rus və gürcü dillərinə) isə tərcüməçisi kimi tanınıb.

Tədbirdə iştirak edən söz və sənət adamları – AYB sədrinin müavini, Azərbaycan Mətbuat Şurasının sədri Rəşad Məcid, Əsəd Cahangir, Xəyal Rza, Xatirə Fərəcli, Rauf Aslanov, Arifə Əliyeva, Eldost Bayram, Nazir Rüstəmov, Mahcamal Babayeva, İbrahim İlyaslı, Arzu Nehrəmli, Aləmzər Sadıqqızı, Xəqani Abbasəli, Rəfail İncəyurd, Hafiz Rüstəm, Zemfira Məhərrəmli, Tamxıl Ziyəddinoğlu, Şəmsiyyə Kərimova Giyanın həyat və yaradıcılığından, onun insani keyfiyyətlərindən, həyata baxışından da söz açıb, onun bədii portreti olan kitabın məziyyətlərini qeyd ediblər.

Kitabın müəllifləri – Azərbaycan radiosunun veteran əməkdaşı, Əməkdar jurnalist Qənbər Ağayevə və tədqiqatçı-alim, filologiya elmləri doktoru, professor Nizami Tağısoy, eləcə də tərtibatçı rəssamı Sehran Allahverdi də ürək sözlərini söyləyiblər.

Natiqlər günün qəhrəmanı Giya bəyə və onun cəfakeş ömür-gün yoldaşı, rəssam Xatirə Paçxataşviliyə ən xoş arzularını bildiriblər. Beləcə, qeyri-adi işıq sehrinə düşən giyasevərlər tədbirdən xoş təəssüratlarla ayrılıblar.

XQ

phrase_var_article.chosen
27
xalqqazeti.az

1phrase_var_article.sources