İngiltərə Liqa Kubokunda 1/4 final mərhələsinin görüşləri keçirilir.
seher.media xəbər verir ki, kubokun hazırki sahibi "Liverpul" səfərdə "Sauthempton"un qonağı olub.
Mersisayd klubunun 2 dəqiq zərbəsinə meydan sahibləri yalnız 1 qolla cavab veriblər - 1:2. Bu nəticə ilə Arne Slotun yetirmələri adlarını yarımfinala yazdırıblar.
Qeyd edək ki, "Liverpul"un yarımfinaldakı rəqibi dekabrın 20-də baş tutacaq püşkatmadan sonra bəlli olacaq.