"Kəpəz"in bir müddət zədəli olan legioneri Luis Paçu sağalaraq kollektiv məşqlərə qoşulub.
Sportinfo.az xəbər verir ki, ötən həftə fərdi halda çalışan hücumçu Premyer Liqanın XII turunda "Neftçi" ilə oyunu buraxmaq məcburiyyətində qalmışdı.
Məşqçilər korpusunun qərarına uyğun olaraq Paçu "Sumqayıt" ilə qarşıdakı matçda oynamaq imkanı əldə edə bilər.
Forvard "Zirə"yə qarşı ev oyununda zədələnərək əvəzlənmişdi.