AZ

Ramin Məmmədov: Mərakeşlə Azərbaycan arasında dini tolerantlıq baxımından çox oxşarlıq var

Rabat, 19 dekabr, AZƏRTAC

“ICESCO ilə Azərbaycan arasında mövcud dinamik münasibətlərin əsası Prezident İlham Əliyev tərəfindən qoyulub. Ölkəmizin Birinci vitse-prezidenti Mehriban xanım Əliyevanın müxtəlif səpkidə və müxtəlif platformalarda irəli sürdüyü təşəbbüslərlə həm inkişaf etdirilib, həm də dərinləşdirilib”.

Bu sözləri Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Ramin Məmmədov ICESCO-nun mənzil qərargahında “Dinlərarası harmoniya: dinc birgəyaşayışın təşviqi” mövzusunda keçirilən beynəlxalq konfransda AZƏRTAC-ın müxbirinə müsahibəsində bildirib.

Ramin Məmmədov bildirib ki, konfransda Azərbaycanın tolerantlıq və dinc birgəyaşayış modeli təqdim edilib, ölkəmizdə dinlər arasındakı dialoq mövzusunda məlumatlar çatdırılıb.

Komitə sədri konfransın uğurla nəticələndiyini bildirib. Qeyd edib ki, konfrans çərçivəsində müxtəlif ölkələri, dinləri, konfessiyaları təmsil edən nümayəndələr arasında geniş fikir mübadiləsi olub. Diqqətə çatdırıb ki, Mərakeşlə Azərbaycan arasında çox sahədə, o cümlədən dini tolerantlıq baxımından çox oxşarlıq var. Hər iki ölkənin rəhbərliyi də bu şəraitin qorunub saxlanması üçün kifayət qədər uğurlu strateji siyasət həyata keçirir.

“Dinlərarası harmoniya: dinc birgəyaşayışın təşviqi” mövzusunda beynəlxalq konfrans Rabat şəhərində Azərbaycanın Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi, İslam Dünyasında Təhsil, Elm və Mədəniyyət Təşkilatı (ICESCO) və Azərbaycan Respublikasının Mərakeş Krallığındakı səfirliyinin birgə təşkilatçılığı ilə baş tutub.

phrase_var_article.chosen
18
azertag.az

1phrase_var_article.sources