AZ

Dünyada ilk belə muzey Mahaçqalada açılıb

Dünyada

Mahaçqala şəhərində dünyada analoqu olmayan Dürüstlük Muzeyi açılıb.

Reyting.az
xəbər verir ki, Mahaçqalanın İosif Stalin prospektində, Dağıstanın liderləri arasında korrupsiyanın olmadığını hər kəsin görə biləcəyi bir təhsil layihəsini işə salmaqla, Dürüstlük Muzeyi açıblar.

50 min kvadratmetrlik sahədə çox sayda eksponatlar yerləşdirilib və muzey dekabrın 18-dən fəaliyyətə başlayıb.

Muzeydə bir neçə adda bölmə var:

1. "Prokuror evi".

2. "Rüşvətdən müdafiəçilər" (Bölmə vergi işçilərinə həsr olunub).

3. "Çubuqlu sehrbazlar" (Rayon yol polisi idarələrinin rəhbərlərinə həsr olunub).

4. "Uğurlu iş adamları".

5. "Sanitar xidmət kralları".

6. "Dağıstan hakimləri".

Bölmələrin hər biri respublikada bu və ya digər hakimiyyət nümayəndəsinin evini təmsil edir və korrupsiyasız uğurun necə əldə oluna biləcəyini göstərir.

Muzeyin direktoru Abubakar Abusaidov deyib ki, yayda muzeyin Kaspiyskdə filialını da açacaqlar.

Direktor əlavə edib ki, növbəti illərdə Dürüstlük Muzeyinin ümumi ərazisi 10 min kvadratmetr genişləndiriləcək və yeni ərazidə rəsm qalereyası təşkil olunacaq.

Dağıstanın Korrupsiyaya Qarşı Mübarizə Komitəsinin rəhbəri Əmirəli Abusəidovun da dünyada analoqu olmayan bu muzeyə münasibəti çox maraqlı olub. Abusəidov deyib: "Ümid edək ki, adi dövlət qulluqçusunun necə yaxşı yaşaya biləcəyini gördükdən sonra gənclər də dövlət qulluğuna daxil olmaqda daha fəal olacaqlar".

Oqtay QORÇU
Seçilən
7
reyting.az

1Mənbələr