AZ

Türkiyə səhəri zəlzələ ilə AÇDI

Türkiyə - Dənizlidə saat 05.58-də zəlzələ baş verib. Mərkəzləri Baklan rayonunda olan zəlzələnin maqnitudası 4.0 olub.

News24.az xəbər verir ki, Yer qabığının 7,8 kilometr dərinliyində baş verən orta güclü zəlzələdən sonra bəzi vətəndaşlar qısamüddətli çaxnaşma yaşayıb. 

Ətraf əyalət və rayonlarda da hiss olunan zəlzələ ilə bağlı indiyədək heç bir mənfi təsirin yaşanmadığı bildirilib.

Onu da qeyd edək ki, episentri Güney mahalının Ərtoğrul mahalı olan Dənizlidə baş verən 4,0 bal gücündə zəlzələdən sonra səhər saatlarında çoxlu təkanlar qeydə alınıb.

Günel Məlikzadə

Seçilən
23
news24.az

1Mənbələr