AZ

Generalı öldürən terrorçu Rusiyaya neçə keçib?

Rusiya təhlükəsizlik qüvvələri Radiasiya, Kimya və Bioloji Müdafiə Qoşunlarının (RXBD) rəisi general-leytenant İqor Kirillov və onun köməkçisinin ölümü ilə nəticələnən terror aktını törədənin Rusiyaya necə daxil olduğunu araşdırırlar.

Bu barədə Rusiya mediası məlumat yayıb.

“Biz onun (terror aktını törədənin — red.)  Rusiya ərazisində leqal, qanuni olub-olmamasını yoxlayırıq”, - agentliyin mənbəsi paylaşıb.

Bundan əvvəl REN TV məlumat yaymışdı ki, partlayıcı maddələr olan elektrikli skuter terror aktı yerinə avtomobillə gətirilib.

Xatırladaq ki, dünən Moskvada baş verən partlayış nəticəsində Rusiya Silahlı Qüvvələrinin radiasiya, kimyəvi və bioloji müdafiə qoşunlarının rəisi, general-leytenant İqor Kirillov həlak olub. Onun köməkçisi də dünyasını dəyişib. Partlayıcı qurğu skuterə quraşdırılıb.

Dekabrın 18-i səhər saatlarında Federal Təhlükəsizlik Xidməti (FSB) terror aktında şübhəli bilinən şəxsin tutulduğunu elan edib. Agentliyin məlumatına görə, o, Ukrayna xüsusi xidmət orqanlarına işləyirmiş. Terrorçu Moskva vilayətinin Balaşixa rayonunun Çernoye kəndində saxlanılıb.

Tural

phrase_var_article.chosen
27
23
news365.az

10phrase_var_article.sources