Bu gün futbol üzrə Azərbaycan çempionatının (Premyer Liqa) 3-cü turundan təxirə salınmış “Şamaxı” – “Qarabağ” oyunu keçiriləcək.
Arena.az xəbər verir ki, günün yeganə oyunu Şamaxı şəhər stadionunda keçiriləcək.
Oyunu Rəşad Əhmədov idarə edəcək. Görüşün start fiti saat 14:00-da səslənəcək.
Bu, əyalət təmsilçiləri arasında 75-ci çempionat oyunu olacaq. Əvvəlki oyunlarda Şamaxının eyniadlı təmsilçisi 13, Ağdam klubu 48 qələbəni bayram edib. 24 qarşılaşma isə sülhlə yekunlaşıb. “Qarabağ” son 6 oyunda qələbə qazanıb. “Şamaxı” son 20 matçda qalib gəlməyib.
Hazırda Premyer Liqanın vahid lideri olan Ağdam klubu səfər oyunundan qalib ayrılmaqla xal ehtiyatını 44-ə çatdıra bilər. “Şamaxı” isə 14 xalla 8-ci pillədə qərarlaşıb. Ayxan Abbasovun komandası böyük sürprizə imza atıb bu oyunda qalib gələ bilsə, özündən öndə olan “Neftçi”ni (16 xal) qabaqlamış olacaq. Amma bu, heç də inandırıcı görünmür. Çünki “Şamaxı” 10 oyundur qələbə qazana bilmir. Əyalət təmsilçisi bu görüşlərdə cəmi 3 heç-heçə edə bilib.
Azərbaycan Premyer Liqası
3-cü turdan təxirə salınmış oyun
19 dekabr
“Şamaxı” – “Qarabağ”
Hakimlər: Rəşad Əhmədov, Vüsal Məmmədov, Teymur Teymurov, Rauf Allahverdiyev.
VAR: İnqilab Məmmədov.
AVAR: Namiq Hüseynov.
Hakim-inspektor: Rəhim Həsənov.
AFFA nümayəndəsi: Azər Əsgərov.
Şamaxı şəhər stadionu, 14:00.