AZ

Pezeşkian vəfat edən həyat yoldaşının şəklini gördü: Hönkür-hönkür ağladı

İran prezidenti Məsud Pezeşkian paytaxt Tehranda keçirilən “Ailə, gələcək və qalıcı bağlar” adlı konfransda çıxış edərkən ağlayıb.

Publika.az xəbər verir ki, Pezeşkian çıxışı zamanı yol qəzasında dünyasını dəyişən həyat yoldaşının fotosunu televiziyada görəndə duyğulanıb.

Göz yaşlarına hakim ola bilməyən prezident "Üzr istəyirəm, çox çətindir. İcazə versəniz, danışmayacağam" deyib.

O, tribunadan endikdən sonra qızı Zəhra Pezeşkianın yanında əyləşərək ağlamağa davam edib.

Seçilən
31
publika.az

1Mənbələr