AZ

Bu il azərbaycanlıların Türkiyədə neçə ev aldığı məlum olub

2024-cü ilin 11 ayı ərzində (yanvar-noyabr) Azərbaycan vətəndaşları Türkiyədə 756 ev əldə ediblər.

Bu barədə Marja.az Türkiyənin Statistika qurumuna (TÜİK) istinadən xəbər verir.

2023-cü ilin 11 ayı ərzində Azərbaycan vətəndaşları Türkiyədə 780 ev əldə etmişdilər.

2024-cü ilin Noyabr ayında Azərbaycan vətəndaşları Türkiyədə 74 ev alıblar (2023-cü ilin oktyabr ayında 65 mənzil almışdılar).

Türkiyədə xaricilərə ev satışı 2024-cü ilin noyabr ayında 2023-cü eyni ayı ilə müqayisədə 8,2% azalaraq 2 min 151-ə düşüb. Noyabrda xaricilərə ev satışının ümumi mənzil satışlarında payı 1,4 faiz olub. Əcnəbilərə ən çox ev  İstanbul (780), Antalya (752) və Mersində (191) satılıb.

Noyabr ayında ölkə vətəndaşları ürə ən çox ev satışı müvafiq olaraq 421 ev ilə Rusiya, 200 ev ilə İran və 160 ev ilə Ukrayna vətəndaşlarına edilib.

Əcnəbilərə mənzil satışı yanvar-oktyabr dövründə ötən ilin eyni dövrü ilə müqayisədə 35,1% azalaraq 21 min 363-ə düşüb.

Seçilən
16
marja.az

1Mənbələr