AZ

Rusiya irəliləyir, Qərb sülhə ÇAĞIRIR – Zelenski daha nə qədər mübarizə APARACAQ?

Son dövrlər Rusiya ordusunun Ukraynada, habelə Kursk vilayətində irəlilədiyi müşahidə olunur. Söhbət Donetskin Toretsk, Kuraxiv, Rozliv, Sontsivka, Puşkino və Şevçenko, eləcə də Kurskun Çerkas Konopelka, Darino və Plyoxovo kəndlərindən gedir. Həmin ərazilər Rusiya nəzarəti altına keçib.

Ümumiyyətlə, Ukraya ordusu sonuncu dəfə avqustda Kursk istiqamətində uğur əldə edib. Oktyabr ayından başlayaraq isə cəbhədə ancaq Rusiya ordusunun irəlilədiyi barədə məlumatlar gəlir. Belədə son iki-üç ay ərzində Rusiya Donbas və Kurskda onlarla yaşayış məntəqəsini tutublar. Görünən odur ki, Ukraynanın müharibəni davam etdirmək üçün rezervləri tükənmək üzrədir. Qərbin Kiyevə dəstəyi də lazım olan səviyyədə deyil.

Zelenski müharibəni daha nə qədər davam etdirə biləcək?

Mövzu ilə bağlı Bizim.Media-ya açıqlamasında hərbi ekspert Ramil Məmmədli bildirir ki, Kursk istiqamətində öz mövqeyini yenidən bərpa etməklə bağlı Rusiya tərəfindən əməliyyatların sürətlənəcəyi gözlənilən idi:
 

MÖVZU İLƏ BAĞLI:

Ukrayna ÇIXILMAZ DURUMDA – Sülh danışıqları Zelenskinin SONUNU GƏTİRƏCƏK?


“Hesab edirəm ki, mart ayına qədər Rusiya Kursk vilayətinin Ukrayna ordusundan tam təmizlənməsini yekunlaşdıra bilər. Ukrayna ərazisindəki döyüşlərə gəldikdə burada vəziyyət bir qədər fərqlidir”.

Həmsöhbətimiz düşünür ki, Ukraynada proseslərin bundan sonra hansı formada davam edəcəyi siyasi amillərə bağlıdır:

“Bəlli olan odur ki, Moskva Trampın səlahiyyətlərinin icrasına başlamasına qədər maksimum şəkildə mövqeyini gücləndirməyə, yeni ərazilər tutmağa çalışır. Çünki fevraldan başlayaraq, Tramp müharibənin dayanması və atəşkəsin əldə olunması üçün müəyyən tədbirlər həyata keçirməyə başlayacaq. Kiyev ya daha güclü şəkildə silahlandırılacaq, ya da Moskvanı razı salmağa çalışacaqlar. O baxımdan Ukraynada  müharibənin hansı formada davam edəcəyi yanvar ayından sonra bəlli olacaq.

Rusiya isə danışıqları bir qədər uzadaraq, Ukraynada maksimum ərazilər ələ keçirməyə çalışacaq. Onlar Zaporejyeni ələ keçirmək, Xerson və Xarkov istiqamətində güclənmək istəyirlər. Bu da gələcəkdə Rusiyanın Odessa istiqamətində hərəkət etməsini təmin edə bilər”.

Ekspertə görə, Ukraynada 2025-ci ilin martına qədər müəyyən məsələlərə aydınlıq gəlməlidir:

“Hələliksə mövqe döyüşləri davam edir”.

Rüfət Sultan, Bizim.Media

Seçilən
3
bizim.media

1Mənbələr