AZ

Türkiyədən Qazaxıstana elektrik avadanlıqları ixracı azalıb (ÖZƏL)

Bakı, TurkicWorld

2024-cü ilin yanvar – noyabr aylarında Türkiyədən Qazaxıstana elektrik avadanlıqları ixracı ötən ilin eyni dövrü ilə müqayisədə 8,4 faiz azalaraq, 108 milyon 319 min 73 dollara bərabər olub.

Bu barədə TurkicWorld -a Türkiyə Ticarət Nazirliyindən bildiriblər.

“Bu ilin noyabr ayında Türkiyə Qazaxıstana 12 milyon 5 min 27 dollar məbləğində elektrik avadanlıqları ixrac edib ki, bu da keçən ilin noyabr ayı ilə müqayisədə 15,9 faiz azalıb ” – deyə nazirlikdən bildirilib.

Qeyd edək ki, 2024-cü ilin yanvar-noyabr aylarında Türkiyənin dünya bazarlarına elektrik avadanlıqları ixracı 2023-ci ilin eyni ayı ilə müqayisədə 3 faiz artaraq, 15 milyard 205 milyon 762 min dollara bərabər olub.

“Bu ilin noyabr ayında Türkiyə 1 milyard 455 milyon 476 min dollar məbləğində elektrik avadanlıqları ixrac edib ki, bu da keçən ilin noyabr ayı ilə müqayisədə 5,2 faiz çoxdur,” – deyə nazirlikdən bildirilib.

Qeyd olunub ki, son 12 ay ərzində (noyabr 2023 – noyabr 2024) Türkiyə 16 milyard 637 milyon 297 min dollar məbləğində elektrik avadanlıqları ixrac edib.

phrase_var_article.chosen
30
48
turkic.world

10phrase_var_article.sources