AZ

Naməlum PUA-lar ABŞ səmasını tərk etmir

ABŞ-nin bəzi ştatlarının  üzərində naməlum PUA-lar görünməyə başlayıb.

KONKRET.az “Business Insider”ə istinadən xəbər verir ki, hərbi ekspert Mark Kankian bununla bağlı xəbərdarlıq edib.Onun sözlərinə görə, hava limanları və hərbi aerodromlar yaxınlığında uçan PUA-ların fəaliyyəti təhlükəsizliyə təhdid yaradır. Ekspert bildirib ki, yaxın zamanlarda ABŞ-də ciddi hadisə gözlənilir: “Böyük hava limanınlarında və bəzi hərbi obyektlərdə problemlə üzləşə bilərik”. O əlavə edib ki, söhbət təkcə uçuş əməliyyatlarının pozulması riskindən getmir. Hərbi aerodromlardan gizli  məlumatlar ələ keçirilə bilər. Xatırladaq ki, dronlar bir neçə həftədir Nyu-Cersi və Nyu-York ştatları üzərində uçuşlar həyata keçirir. Hələlik mütəxəssislər  bu obyektlərin mahiyyətini müəyyən edə bilmir. Onların təhlükə yaradıb-yaratmayacağı barədə də məlumat yoxdur.

Pentaqon rəsmən bildirib ki, obyektlər kommersiya və həvəskar xarakterlidir.

Vəli Həsənoğlu,

KONKRET.az

Seçilən
16
konkret.az

1Mənbələr