Bakı, 19 dekabr, AZƏRTAC
Milli Kitabxanada ailə münasibətlərinin möhkəmləndirilməsi, ailə dəyərlərinin qorunması, uşaq şəxsiyyətinin formalaşmasında valideynin rolunun təbliği məqsədilə “Ailə kiçik dövlətdir!” adlı virtual sərgi istifadəçilərə təqdim olunub.
Kitabxanadan AZƏRTAC-a bildirilib ki, virtual sərgidə “Ailə məcəlləsi”, “Ailə hüququ”, “Azərbaycan ailəsi”, “Sağlam ailə modeli”, “Ailə dəyərlərinin qorunması və dövlət siyasətində prioritet istiqamət”, “Ailə mühiti və valideyn-övlad münasibətləri”, “Ailədaxili münaqişələrin yaranma səbəbləri və həlli yolları”, “Ailə institutunun formalaşmasında adət-ənənələrin rolu” və s. mövzularda Azərbaycan və müxtəlif dillərdə ədəbiyyatlar, dövri mətbuatda dərc olunan məqalələr nümayiş olunur.
Virtual sərgi ilə tanış olmaq istəyənlər linkindən istifadə edə bilərlər.