Rusiya qoşunları Ukraynanın Donetsk vilayətinin qərb kənarında mühüm logistika mərkəzi olan Pokrovska yaxınlaşır.

İndex.az xəbər verir ki, müxtəlif mənbələrə görə, rus qoşunları aylardır Moskvanın əsas hədəfi olan şəhərdən 1-3 km uzaqdadır.

Britaniya Müdafiə Nazirliyi rus qoşunlarının şəhərin cənubunda yerləşən Şevçenko kəndini ələ keçirdikdən sonra təxminən 4-5 km aralıda Pokrovskın cənubuna yaxınlaşdığını bildirib. Şevçenko kəndi Pokrovska gedən iki yolun kəsişməsində yerləşir.

Nazirliyin qiymətləndirməsi belədir ki, Rusiya Pokrovska doğru irəliləyiş əldə etməyə davam edəcək və eyni zamanda şəhərin mərkəzinə və qərbə doğru irəliləməyə davam edəcək.