AZ

Bu ölkədə "TP-Link"dən istifadə qadağanedildi

ABŞ hökuməti ölkənin ən çox satılan marşrutlaşdırıcı markası olan "TP-Link"i Çinin sponsorluq etdiyi kiberhücumlarla əlaqəli olduğu iddiaları ilə araşdırır. TP-Link ABŞ-nin ev və kiçik biznes marşrutlaşdırıcıları bazarının 65%-nə sahibdir.

Redaktor.az xəbər verir ki, istintaqı üç nazirlik - Ticarət, Müdafiə və Ədliyyə nazirlikləri aparır.

Artıq məhkəməyə çağırış vərəqələri verilib. Bildirilir ki, Ağ Ev gələn il xüsusilə Donald Trampın yüksəlişi və aqressiv ticarət mövqeyi ilə "TP-Link" məhsullarına qadağa qoya bilər.

İcmal "Microsoft"un çinli hakerlərin ABŞ hədəflərinə, o cümlədən müdafiə şirkətləri və beyin mərkəzlərinə hücum etmək üçün "TP-Link" marşrutlaşdırıcılarından istifadə etdiyinə dair tapıntılarını izləyir. Bu, öz avadanlıqlarını Amerika infrastrukturundan çıxarmaq üçün milyardlarla dollar xərcləyən "Huawei"yə 2019-cu ildə qoyulan qadağanı xatırladır.

"TP-Link" sənaye təhlükəsizlik standartlarına cavab verdiyini iddia edir.

Sevinc İBRAHİMZADƏ

Seçilən
10
redaktor.az

1Mənbələr